16 dekabr tarixində veteranlar arasında turnir keçiriləcəkdir

2017-ci il 16 dekabr tarixində stolüstü tennis üzrə veteranlar arasında turnir keçiriləcəkdir. Turnir veteranların sağlamlığının möhkəmləndirilməsi, fəal idman həyatına cəlb edilməsi və idman ustalığının qorunub saxlanılması məqsədini daşıyır. Şəxsi kateqoriyada keçiriləcək turnirin  qaliblərinə Stolüstü Tennis Federasiyasının medalları hədiyyə olunacaq.