Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatmışdır

28 fevral – 04 mart  2017-ci il tarixlərində  Gənclər və İdman nazirliyi və Stolüstü tennis Federasiyasının birgə təşkilatçılığı ilə  "Bədən tərbiyəsi və Idman günü"nə həsr olunmuş Azərbaycan çempionatı başa çatmışdır.  Federasiyasının vitse-prezidenti Fazil Məmmədov öz çıxışında dövlətimizin fiziki-mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmış, ölkəmizin idman imicinin yüksəldilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışmışdır.

Çempionatda respublikanın şəhər və rayonlarından 60-dan yuxarı idmançı iştirak etmişdir. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, , Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları iştirak etmişdir. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri:

Kişilər :    I yer – Bakı 1

     II yer- Bakı 3

     III yer Sumqayıt ,Bakı – 2

Qadınlar:   I yer – Sumqayıt 1

                II yer – Bakı 1

                III yer – Şəki, Sumqayıt 2

Şəxsi oyunlarda :

     I yer – Cəfərov Ramil

     II yer – Həşimli Xəyal

     III yer – Ansari İbrahim, Allahverdiyev Vəzir

     I yer – Eminova Bilurə

     II yer – Qarayeva Nəzakət

     III yer – İmanova Məryəm, Əhmədova Nəzrin

Sonda qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunmuşdur.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/128-stoluestue-tennis-uezr-az-rbaycan-cempionat-basa-catm-sd-r?layout=default&print=1&tmpl=component#sigFreeId4ada2d351a