Stolüstü tennis sevənlər “6 Aprel Ümumdünya Stolüstü Tennis Günü” qeyd etdi

 1926 –cı ildə əsası qoyulan dünyanın ən böyük idman federasiyası Beynəlxlaq Stolüstü Tennis Federasiyası 226 Stolüstü Tennis Assosiasiyasını özündə birləşdirir.
Beynəlxlaq federasiyanın təşkilatçılığı ilə “Stolüstü tennis hər kəs üçün” şüarı altında 6 aprel tarixi Ümumdünya tennis günü kimi qeyd olunur.
Ölkəmizdə bü günü tennis sevənlər Ağ şəhər bulvarında Federasiya tərəfindən ictimai istifadə üçün yerləşdirilmiş tennis stolları ətrafında toplaşaraq qeyd etdi.
Yığma komanda üzvləri tennis oynamaq istəyən izləyicilərlə maraqlı tennis oyunları nümayiş etdirdi və könüllülərlə tennis oynanıldı.
İdmançılar bulvardan sonra Federasiyanın idman zalında Ümumdünya tennis gününü qeyd etdilər.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/305-stoluestue-tennis-sev-nl-r-6-aprel-uemumduenya-stoluestue-tennis-guenue-qeyd-etdi?layout=default&print=1&tmpl=component#sigFreeId8544681e1c