Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcəkdir
- Nəşr edilib 13.05.2019 17:29
- Çap
Təqvim idman planına müvafiq olaraq cari ilin 18-19 may tarixlərində Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında Azərbaycan çempionatı keçiriləcəkdir. Çempionat şəxsi xarakter daşıyır. İdman ustalığından asılı olmayaraq bütün arzu edən sağlam şəxslər çempionatda iştirak edə bilərlər. Qaliblər Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılacaqlar.
Çempionat saat 18 may saat 11.00-da Federasiyanın idman zalında başlayacaqdır.