Könül Mikayılova ASTB-nin konqresində

Bu gün Sloveniyanın paytaxtı Lyublyana şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) konqresi keçirilir.

Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılovanın da qatıldığı konqresin gündəliyində bir sıra mühüm məsələlər yer alıb. ASTB prezidentinin açılış nitqindən sonra quruma üzv assosiasiyaların iştirakı təsdiqlənəcək, müvafiq komissiyaların və konqres sədrinin təyin edilməsi, gündəliyin təsdiqi, yeni üzvlük müraciətlərinə baxılması və təşkilatın illik fəaliyyət hesabatı müzakirə ediləcək.

Həmçinin, ASTB-nin strateji icra planı, 2025-ci ilin maliyyə və audit hesabatları, 2027-ci il üçün büdcə, auditorların təyin edilməsi, müxtəlif təklif və qətnamələr, eləcə də Audit Komissiyasının üzvləri seçiləcək.

Konqresdə ötənilki toplantıdan sonra İcraiyyə Şurasının gördüyü işlərin təsdiqi, fəxri üzvlərin təyin edilməsi və fəxri nişanların təqdim olunması məsələlərinin də müzakirəsi planlaşdırılır.
Bununla yanaşı, 2027-ci ildə keçiriləcək Avropa çempionatlarının təqdimatı, növbəti konqresin keçiriləcəyi yer və tarixin müəyyənləşdirilməsi, eləcə də digər məsələlər nəzərdə tutulub.

WhatsApp Image 2026 10 13 at 13.03.43

Yevgeni Timçenko: “Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil”

“Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Bunun üçün Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm”. Bunu Bakıda seminar keçən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) təmsilçisi Yevgeni Timçenko ASTF-nin mətbuat xidmətinə açıqlamasında deyib. Qazaxıstanlı mütəxəssis yaradılan şərait, məşqçi və idmançıların hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bölüşüb: “Təlimlərin uğurlu alınması üçün bütün lazımı şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailliyyətlər qazanacağına inanıram”. Qeyd edək ki, oktyabrın 1-də başlanan seminar işini sabah yekunlaşdıracaq.

WhatsApp Image 2026 10 09 at 15.31.17

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb

Oktyabr ayının 1-dən 10-dək Bakıda stolüstü tennis üzrə seminarlar keçiriləcək. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeniy Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis 1-7 oktyabr tarixlərində  məşqçilər ücün "LEVEL 1" adlanan hazırlıq prosesində həm nəzəri, həm praktiki dərslər keçəcək. Oktyabrın 8-dən 10-dək isə uşaqlar ücün məşqlər təşkil olunacaq. Qeyd edək ki, seminarlar "Şüa İdman-Sağlamlıq Kompleksi"ndə keçiriləcək

WhatsApp Image 2026 10 01 at 13.58.46 imageonline.co merged

Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar

Gürcüstanın paytaxtı Tbilisidə "WTT Youth Contender Tbilisi 2026" turnirinə yekun vurulub. Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda uğurla çıxış ediblər. Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan 5-i mükafatçılar sırasında yer alıb. Onur Quluzadə U 19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U 11 yaş dərəcəsində bürunc medala layiq görülüb.

WhatsApp Image 2026 09 30 at 17.11.36

Stolüstü tennisçilərin Tbilisi sınağı

Stolüstü tennisçilər Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər. Bu gün qonşu ölkəyə yollanan komandanın heyətində Onur Quluzadə, Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə, Səidə Qulizadə, Gülnur Kərimli və Alina Miradiyeva yer alıb. Sözügedən idmançılar milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə yarışacaqlar. Sabah start götürəcək beynəlxalq turnirə sentyabrın 30-da yekun vurulacaq.

WhatsApp Image 2026 09 26 at 12.39.29

ASTF-in prezidenti seçilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev, qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.WhatsApp Image 2026 09 16 at 15.48.30rspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Stolüstü tennisçilər Belçikaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında qüvvələrini sınayacaqlar. Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə seçmə komandanın baş məşqçiləri Fərhad İsmayılovla Mixail Timofeyevin rəhbərliyi ilə sözügedən yarışda iştirak edəcək. Pepinster şəhərində təşkil olunacaq çempionat U 21 yaş dərəcəsindəki idmançılar və böyüklər arasında keçiriləcək. Sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.

WhatsApp Image 2026 09 16 at 11.16.11

Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında uğurla çıxış edib. 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa  çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mehin Mirzəbalayeva, latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, "Euro Mini Champs"ın baş mükafatına layiq görülüb. Qeyd edək ki, bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.

WhatsApp Image 2026 08 31 at 10.40.08

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası