Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis üzrə ölkə çempionatı keçirilir

Bu gün stolüstü tennis üzrə ölkə çempionatı start götürüb. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların təmsilçiləri qatılıblar. Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və federasiyanın baş katibi Könül Mikayılova iştirakçılara uğurlar arzulayıb. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionata martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=15#sigFreeId2e5ad9db3b

Stolüstü tennisçilərimiz Türkiyə Superliqasında

Stolüstü tennis üzrə milli komandanın 4 üzvü Türkiyə Superliqasında iştirak edəcək. Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova “Masader Spor Klubu”, Adil Əhmədzadə ilə Onur Quluzadə isə “Spin Point Spor Kulubu”ndan dəvət alıb. Sözügedən idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar. Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq. Qeyd edək ki, seçmə komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.

WhatsApp Image 2026 02 27 at 16.42.54

“Baku Open” stolüstü tennis turniri keçiriləcək

Stolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir. Söhbət Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turnirindən gedir. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər.

Əlaqə nömrəsi: +994 50 796 66 57

WhatsApp Image 2026 02 24 at 11.13.40

 



Onur Quluzadə beynəlxalq yarışın qalibi olub

Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb. Bugünlər "WTT Youth Star Contender Tunis 2026" yarışında bacarığını göstərən istedadlı idmançı, U 15 yaş dərəcəsində  baş mükafata layiq görülüb. Seçmə komandanın üzvü, Tunisin eyni adlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütun oyunları qələbə ilə başa vuraraq 1-ci yeri tutub. Qeyd edək ki, şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.

WhatsApp Image 2026 02 08 at 19.42.34

Onur Quluzadə Tunisə yollanıb

Stolüstü tennisçi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq. Seçmə komandanın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yola düşüb. Quluzadə, fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək "WTT Youth Contender Tunis 2026", fevralın 6-dan 8-dək isə "WTT Youth Star Contender Tunis 2026" yarışlarında bacarığını göstərəcək. Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.

WhatsApp Image 2026 02 01 at 14.48.51

4 -dən səhifə 117

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası