Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasında

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər. Seçmə komandanın üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. İdmançılarımız yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar. Qeyd edək ki, Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır. Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

 

WhatsApp Image 2026 04 11 at 14.24.27

“Baku Open” stolüstü tennis turniri keçirilir

Bu gün "Baku Open" stolüstü tennis turnirinə start verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər. "Şüa İdman Kompleksi"ndə təşkil olunan turnirdə peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Qeyd edək ki, sözügedən turnir həmçinin stolüstü tennisin kütləviliyinin və populyarlığının artırılması məqsədi daşıyır.

 

WhatsApp Image 2026 04 04 at 12.11.27 

Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu çıxış

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində təşkil olunan Avrasiya Liqası yarışında inamla çıxış ediblər. Gənclərdən ibarət seçmənin baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət komanda ilk turun 6 görüşündən 5-də qələbə qazanıb. Yalnız bir oyunda uduzan Azərbaycan komandası ümumi nəticələrə əsasən yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasının növbəti turunun görüşləri 28-31 may tarixlərində keçiriləcək.  
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kollektiv də ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.

asasasas

Seçmə komanda Avrasiya Liqasında yarışacaq

Azərbaycanın gənc stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər. Seçmə komanda Aktobe şəhərində təşkil olunacaq Avrasiya Liqası yarışında mübarizə aparacaq. Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə martın 27-də Aktobe sınaqlarına qatılacaq. Yarışın ilk turuna martın 30-da yekun vurulacaq. Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Azərbaycan seçməsi ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.

WhatsApp Image 2026 03 25 at 20.24.55

Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu debüt

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında etimadı doğruldublar. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet ilk dəfə olduğu üçun yarışın II liqasında mübarizə aparıb. 1-ci turda finaladək keçirdiyi 8 oyundan 7-də qalib gələn komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb. Yarışın növbəti turunun oyunları 28-31 may tarixlərində olacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Super Luqaya vəsiqə qazanacaqlar.

WhatsApp Image 2026 03 15 at 12.57.28

2 -dən səhifə 117

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası