Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərin ölkə turniri başa çatıb

Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa” idman kompleksində keçirilən yarışın nəticələrinə əsasən qızların mübarizəsi Mehri Aslanzadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə ilə Sofiya İlyasova üçüncü yeri tutub.
Oğlanların yarışında isə Əliəkbər Mirzəliyev bütün rəqiblərini üstələyib. O, finalda Saleh Hümbətova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həzrət Kamilovla Cəfər Almədədli üçüncü yerlə kifayətlənib. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, budəfəki yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan üzmumilikdə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Stolüstü tennisçilər arasında ölkə turniri keçirilir

Bu gün yeniyetmə stolüstü tennusçilər arasında ölkə turnirinə start verilib. “Şüa” idman kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər. Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və ondan kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi daşıyır. Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Veteran stolüstü tennisçilərin ölkə turniri keçirilib

Veteran stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 60-a yaxın iştirakçı bacarığını göstərib. Qadınlar 1, kişilər isə 4 yaş qrupu üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər. Maraqlı idman mübarizəsinin nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova bütün rəqiblərini üstələyib. Kişilərin yarışlarında isə, Mahir Cəbiyev, Elşad Vahidov, Əsgərqulu Heydərli və Səxavət Heydərov baş mükafata layiq görülüb. Fəxri kürsüyə qalxan iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis turniri keçirilib

Stolüstü tennisçilər Heydər Əliyev ilinə həsr olunan “TOP-8” turnirində bacarıqlarını göstəriblər. “Şüa İdman Kompleksi”ndə keçirilən ənənəvi yarışda Azərbaycan çempionatında ilk 8 yeri tutan idmançılar mübarizə aparıblar. Kişilərin turniri Adil Əhmədzadənin qələbəsi ilə nəticələnib. O, finalda Hilal Həsənovu məğlub edərək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Nihad Məmmədov 3-cü yeri tutub.
Qadınların final görüşündə Ləman Abdulhəmidovaya qalib gələn Məryəm İmanova baş mükafata layiq görülüb. Mərziyyə Nurmətova 3-cü pillədə qərarlaşıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir stolüstü tennisin populyarlığını və idmançıların hazırlıq səviyyəsini artırmaq məqsədi ilə təşkil edilib.

Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında


Stolüstü tennis üzrə seçmə komandamızın üzvü Onur Quluzadə baş məşqçi Mixail Timofeyevin müşaiyəti ilə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb. Bir sıra beynəlxalq turnirlərin mükafatçısı 2023-cü ilin Çexiyanın Havirov şəhərində keçirilən yekun toplanışında qitənin digər ölkələrindən olan yaşıdları ilə birgə hazırlaşacaq. Qeyd edək ki, dekabrın 17-dək davam edəcək “Eurotalents Development Camp” qitənin 13 yaşadək ən istedadlı stolüstü tennisçiləri üçün təşkil olunub.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası