Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərin Riqa sınağı

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılacaqlar. Oktyabrın 27-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga City Council's Youth Cup” turnirində 11 idmançı bacarığını göstərəcək.

Seçmə komandanın məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi ilə qızlardan Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı, Xədicə Eylazova,
oğlanlardan isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qələbə uğrunda mübarizə aparacaq. Qeyd edək ki, beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Stolüstü tennisçilərimiz Misirə yollanıblar

Bu gün Misirin paytaxtı Qahirədə dünya seriyalı “WTT Youth Contender” turnirinə start verilib. Nüfuzlu beynəlxalq yarışda əvvəlcə oğlanlar mübarizə aparacaqlar. Seçmə komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə və Onur Quluzadə etimadı doğrulmağa çalışacaq. Oktyabrın 26-dan 29-dək isə qızların yarışı keçiriləcək. Məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli bacarığını göstərəcək. Xatırladaq ki, seçmə komandamız Gürcüstanda keçirilən bundan əvvəlki anoloji turnirdə 10 medal qazanmışdı.

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

 

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq - qoşa növlərdə bacarığını göstərərib. Birinciliyin son günündə qalib və mükafatçılar müəyyənləşib:

2004-2007-ci il təvəllüdlü qızların şəxsi yarışı:
1) Ləman Abdulhəmidova
2) Zemfira Mikayılova
3) Xədicə Əbilzadə, Səbinə Məmmədova

Oğlanların şəxsi yarışı:
1) Kənan Pənahov
2) Tahir Qubadov
3) Nihad Səmədzadə, Toğrul Məhəmmədov

Qızların qoşa yarışı:
1) Zemfira Mikayılova - Ləman Abdulhəmidova
2) Xədicə Əbilzadə - Səbinə Məmmədova
3) Aysu Rəsulzadə - Pərizad Kazımova, Əzifə Mahmudova - İlahə Əliyeva

Oğlanlarların qoşa yarışı:

1) Kənan Pənahov - Tahir Qubadov
2) Nihad Səmədzadə -Amin Oruczadə
3) Amin Əhmədov - Mirsaleh Sadıqov, Səbuhi Əliyev - Kənan Şərifov

Qarışıq qoşa yarış:
1) Kənan Pənahov-Ləman Abdulhəmidova
2) Tahir Qubadov - Zemfira Mikayılova
3) Toğrul Məhəmmədov - Səbinə Məmmədova, Amin Oruczadə- Xədicə Əbilzadə

2008-ci il və kiçik təvəllüdlü qızların şəxsi yarışı:
1) Aylin Əsgərova
2) Mərziyyə Nurmətova
3) Arzu Aslanova, Yağmur Məmmədli

Oğlanların şəxsi yarışı:
1) Adil Əhmədzadə
2) Onur Quluzadə
3) Rüstəm Hacılı, Tunar Bağırov

Qızların qoşa yarışı:
1) Aylin Əsgərova - Mərziyyə Nurmətova
2) Aysu Ağayeva- Arzu Aslanova
3) Xədicə Eylazova - Yağmur Məmmədli, Şəbnəm Mansurova-Aynur Ağayeva

Oğlanların qoşa yarışı:
1) Rüstəm Hacılı - Adil Əhmədzadə
2) Tunar Bağırov- Onur Quluzadə
3) Elşən Hüseynov- Hüseyn Eylazov, Ruslan Kərimov - Şakir Qədirov

Qarışıq qoşa yarış:
1) Adil Əhmədzadə - Mərziyyə Nurmətova
2) Hüseyn Eylazov - Arzu Aslanova
3) Onur Quluzadə- Yağmur Məmmədli, Rüstəm Hacılı - Aylin Əsgərova

Qeyd edək ki, fəxri kürsüyə qalxan idmançilara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstu Tennis Federasiyasının mükafatları təqdim olunub.

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başlanıb

 

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilərin respublika birinciliyinə start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq - qoşa növlərdə bacarığını göstərəcək. Birinciliyin ilk günündə komanda yarışlarının qalib və mükafatçıları müəyyənləşib.

2004-2007-ci il təvəllüdlü qızlar:
1) Bakı
2) Sumqayıt
3) Şabran

2004-2007-ci il təvəllüdlü oğlanlar:
1) Bakı -1
2) Sumqayıt
3) Şabran, Bakı -2

2008 və kiçik təvəllüdlü qızlar:
1) Sumqayıt -1
2) Sumqayıt -2
3) Bakı -2, Bakı -1

2008 və kiçik təvəllüdlü oğlanlar :
1) Bakı -1
2) Şabran
3) Sumqayıt -1, Bakı -2
Azərbaycan birinciliyinə oktyabrın 21-də yekun vurulacaq.

Stolüstü tennis üzrə Azərbaycan çempionatı başlanıb

Bu gün böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.
Artıq komanda yarışlarının nəticələri məlumdur.
Qadınlar:
1) Sumqayıt – 1
2) Bakı -1
3) Sumqayıt - 2, Bakı -2

Kişilər:
1) Bakı -2
2) Bakı – 3
3) Bakı – 1, Sumqayıt

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışa oktyabrın 7-də yekun vurulacaq. Fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası