Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən “Həvəskar və veteran Liqası”nın V - yubiley turnirinə yekun vurulub. 

Həlledici qarşılaşmalarda “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edən “Xəzər-Şüa” komandası baş mükafata layiq görülüb. “Zəfər” komandası isə “Aquasport” üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.

1-ci yer: “Xəzər – Şüa” (T. Aliulina (C), A. Heydərli, Z. Mikayılov, Z. Aslanov)
2-ci yer: “VITTA-Supernova” (M. İmanova (C), M. Kuvayeva, R. Əliyeva)
3-cü yer: “Zəfər” (M. Rüstəmov (C), İ. Həsənov, M. Davari, Ə. Səfərov, R. Hüseynov)

Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar. Çempion komandanın üzvlərinə keçici kubok, yubiley medalları, diplomlar və sponsorlar - professor Firuddin Hüseynov, Əlixan Əlizadə, Elşad Vahidov və Elçin Mustafayev tərəfindən pul mükafatları təqdim olunub.

ASTF adından bütün komandaları təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

Onur Quluzadə daha bir uğura imza atıb

Stolüstü tennisçi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində etimadı doğruldub. Seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə yarışa qatılan idmançı, İsveç və Fransa təmsilçiləri üzərində qələbələrlə qrup mərhələsini lider kimi başa vurub. Ardınca İsrail və Lüksemburq idmançılarına qalib gələn Onur, yarımfinalda fransalı rəqibinə uduzaraq yarışı üçuncü yerdə başa vurub. Qeyd edək ki, istedadlı idmançı bu gün Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 13-dək İsveçin Halmstad şəhərində keçirəcəyi təlim-məşq toplanışına qatılıb.

WhatsApp Image 2026 06 08 at 10.50.21

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

Veteranlar arasında Azərbaycan çempionatına yekun vurulub. "Şüa İdman Kompleksi"ndə keçirilən yarışın nəticələri ilə tanış olun:

Qadınlar                          Kişilər(50-59)                (60-69)                         (70 və yuxarı)                 Qoşa       
1.Kuvayeva Marina        1.Məmmədov Vaqif       1.Həsənov Məzahir       1.Axundov Rasim        1.Mikayılov Zaur- Heydəri Əli   
2.Kayumova Svetlana    2.Aslanov Zakir             2.Ağayev İlham             2.Ağazadə Muxtar       2.Əliyev Orxan-Vedmid Sergey                                                                   
3.Al-Saayadex Səidə     3.Heydəri Əli                 3.Musayev Valeh           3.Hüseynov Firudin      3. Adıgözəlov Tərlan- Məhərrəmov Oskar                                                                       


Qeyd edək ki, iki gün davam edən yarışda 60-a yaxın iştirakçı mübarizə aparıb. 


 

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

Bu gün veteranlar arasında Azərbaycan çempionatına start verilib. "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda 60-a yaxın iştirakçı mubarizə aparır. Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər. Yarışa iyunun 7-də yekun vurulacaq.

mtg26

Onur Quluzadə üçun növbəti sınaq

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq. İstedadlı idmançı, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq. Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.

WhatsApp Image 2026 06 03 at 14.06.03

Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqası yarışlarında uğurlu çıxışı davam etdiriblər. Qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərovadan ibarət komanda ikinci turun Astanada keçirilən 8 görüşunü də qələbə ilə başa vurub. Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət heyət isə gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Taraz şəhərində keçirilən 7 qarşılaşmanın hamısında qələbə qazanıb. İki turun nəticələrinə əsasən, hər iki komanda 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin zirvəsinə yüksəlib. Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstan idmançılarının qatıldığı yarışın növbəti turları sentyabr və dekabr aylarında təşkil olunacaq.

Untit222led

Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar

Stolüstü tennisçilər Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda da etimadı doğruldublar. Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib. 13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) yarışı ikinci, Səidə Quluzadə (U 13) ilə Yağmur Məmmədli (U 15) üçüncü yerdə başa vurub. Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu. Beləliklə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan komandamız Vətənə 7 mükafatla qayıdır.

Stolüstü tennisçilər Tacikistana yollanıblar

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılacaqlar. Seçmə komandanın üzvlərini mayın 21-də Tacikistanda start götürəcək "Prezident kuboku" turnirində mübarizə gözləyir. Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaq. Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.

WhatsApp Image 2026 05 20 at 12.16.13

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası