Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar

 

Yeniyetmə və gənc stolüstü tennisçilərimiz ilin son təlim-məşq toplanışını Türkiyənin Yalova şəhərində keçirəcəklər. Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışda Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Toğrul Məhəmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Arzu Aslanova iştirak edəcək. Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bu gün start veriləcək hazırlıq prosesi dekabrın 23-də yekunlaşacaq. Toplanış çərçivəsində yerli idmançılarla yoxlama görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, bu, seçmə komandamızın cari ildə Türkiyədə təşkil olunan ilk təlim-məşq toplanışı deyil. Stolüstü tennisçilərimiz 27 aprel – 7 may tarixlərində də Yalova şəhərində hazırlıq keçmişdilər.

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına yekun vurlub

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına yekun vurlub. Yarışın nəticələrini təqdim edirik:
2004-2007 qızlar şəxsi:
I yer – Ləman Abdulhəmidova
II yer - Mikayılova Zemfira
III yer - Əbilzadə Xədicə
III yer - Mahmudova Nigar
Oğlanlar şəxsi:
I yer - Pənahov Kənan
II yer - Məmmədbəyov Hacımurad
III yer - Qubadov Tahir
III yer - Oruczadə Amin
2008 və kiçik təvəllüdlü qızlar şəxsi:
I yer - Aslanova Arzu
II yer - Məmmədli Yağmur
III yer - Nurmətova Mərziyyə
III yer - Əsgərova Aylin
Oğlanlar şəxsi:
I yer - Əhmədzadə Adil
II yer - Hacılı Rüstəm
III yer - Eylazov Hüseyn
III yer - Quluzadə Onur
Qoşa yarışlar:
2004-2007-ci il təvvəllüdlü qızlar
I yer - Mikayılova Zemfira - Abdulhəmidova Ləman
II yer - Əbilzadə Xədicə - Mahmudova Nigar
III yer - Məmmədova Səbinə - Quliyeva Jalə
III yer - Kazımova Pərizad - Rəsulzadə Aysu

Oğlanlar:
I yer - Məmmədbəyov Hacımurad - Qubadov Tahir
II yer - Pənahov Kənan - Məhəmmədov Toğrul
III yer - Oruczadə Amin - Səmədzadə Nihad
III yer - İsmayılov Fuad - Mirzəyev Tural
2008 və kiçik təvəllüdlü
Qızlar:
I yer - Aslanova Arzu - Nurmətova Mərziyyə
II yer - Əsgərova Aylin - Ağayeva Aysu
III yer - Ağayeva Aynur - Mansurova Şəbnəm
III yer - Məmmədli Yağmur - Eylazova Xədicə
Oğlanlar:
I yer - Əhmədzadə Adil - Hacılı Rüstəm
II yer - Eylazov Hüseyn - Nəzərli Uğur
III yer - Bağırov Tunar - Qədirov Şakir
III yer - Quluzadə Onur-Aslanov Ömər
Qarışıq qoşa:
2004-2007-cü il təvəllüdlü:
I yer - Pənahov Kənan - Abdulhəmidova Ləman
II yer - Məhəmmədov Toğrul - Mikayılova Zemfira
III yer - Qubadov Tahir - Əbilzadə Xədicə
III yer - Məmmədbəyov Hacımurad - Mahmudova Nigar
2008 və kiçik təvəllüdlü:
I yer - Əhmədzadə Adil - Nurmətova Mərziyyə
II yer - Hacılı Rüstəm - Aslanova Arzu
III yer - Bağırov Tunar - Məmmədli Yağmur
III yer - Quluzadə Onur - Əsgərova Aylin
Komanda yarışları:
2004-2007 qızlar:
I yer - Təhsil RİM
II yer - Sumqayıt şəhəri
III yer - Şabran UGİŞM
Oğlanlar
I yer - Təhsil RİM
II yer - Sərhədçi
III yer - Sumqayıt şəhəri
III yer - 13 N -li İOEUGİM
2008 və kiçik təvəllüdlü
Qızlar:
I yer - Sumqayıt 1 N-li İOUEUGİM
II yer - Sumqahıt şəhəri
III yer - 1N-li RİOEUGİM PHŞ
III yer - Təhsil RİM
Oğlanlar
I yer - Təhsil RİM
II yer - Sumqayıt 1 N-li İOUEUGİM
III yer - 13N-li İOEUGİM
III yer - Şabran UGİŞM

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=235#sigFreeIdb02dbc23cf

Ölkə kubokunda komanda yarışlarına yekun vurulub


Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokunda komanda yarışları başa çatıb. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışın nəticələri:
2004-2007 qızlar
I yer - Təhsil RİM
II yer - Sumqayıt şəhəri
III yer - Şabran UGİŞM
Oğlanlar
I yer - Təhsil RİM
II yer - Sərhədçi
III yer - Sumqayıt şəhəri
III yer - 13 N -li İOEUGİM
2008 və kiçik
Qızlar
I yer - Sumqayıt 1 N-li İOEUGİM
II yer - Sumqahıt şəhəri
III yer - 1N-li RİOEUGİM PHŞ
III yer - Təhsil RİM
Oğlanlar
I yer - Təhsil RİM
II yer - Sumqayıt 1 N-li İOEUGİM
III yer - 13N-li İOEUGİM
III yer - Şabran UGİŞM

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

20221213

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib
Bu gün “Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna start verilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam iştirakçılara uğurlar arzulayıb. Federasiya rəsmisi bu cür yarışların stolüstü tennisin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Respublikası Gənclər və ldman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparırlar. Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
Qeyd edək ki, fərqlənən idmançılar AGİN-nin diplomları va ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib


“Şüa” İdman Kompleksində təşkil olunan Azərbaycan kuboku yarışının sonuncu günündə final görüşləri keçirilib. Nəticələrə əsasən qadınların turnirində Məryəm İmanova 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova ilə Rüfət Əliyeva 3-cü yeri tutub. Kişilərin yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. O, finalda Vəzir Allahverdiyevə qalib gəlib. Nihad Məmmədovla İbrahim Ansari fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qadınların qoşa yarışında Mərziyyə Nurmətova ilə Arzu Aslanova qalib gəlib. Ləman Abdulhəmidova – Zemfira Mikayılova tandemi ikinci yeri tutub. Rüfət Əliyeva – Xədicə Əbilzadə və Məryəm İmanova – Aliyə Haşımova cütü üçüncü olub.
Kişilərin qoşa turnirində Hilal Həsənov - Adil Əhmədzadə tandemi finalda Vəzir Allahverdiyev – Nihad Məmmədov ikilisinə qalib gəlib. Əliverdi Şahgəldiyevlə Hüseyn Eylazov və Xəyal Həşimli ilə Cəfər Cəfərzadə 3-cü yeri tutub.
Qarışıq qoşa yarışılar Nihad Məmmədovla Ləman Abdulhəmidovanın qələbəsi ilə nəticələnib. Onlar finalda Əliverdi Şahgəldiyev – Mərziyyə Nurmətova tandemini üstələyiblər. Yusif Almazağazadə ilə Məryəm İmanova, həmçinin Hüseyn Eylazovla Aylin Əsgərova üçüncü olub.
Xatırladaq ki, kişilərin turniri Təhsil RİM kollektivinin qələbəsi ilə başa çatıb. MOİK ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları 3-cü yeri bölüşüblər.
“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub.
Fərqlənən idmançılara AGİN-nin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə təqdim olunub.

1

2

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası