Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Zəfər gününə həsr olunan stolüstü tennis yarışı keçiriləcək

 2022 10 26
Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə respublika turniri keçiriləcək. Zəfər gününə həsr olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar qüvvələrini sınayacaqlar. 28-29 oktyabr tarixlərində Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunacaq yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı idmançılar arasında keçiriləcək. Turnirin qalibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
 

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

 2022 10 25 2

Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında uğurla çıxış ediblər.
İstedadlı idmançıların seçim xarakterli toplanışlarının final mərhələsində milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərib.
Sloveniya sınaqlarında da etimadı doğruldan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=245#sigFreeIda865eb5833

Veteran stolüstü tennisçilər yenidən yarış meydanında


Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkilatçılığı ilə “Xəzri” İdman Klubunda veteran stolüstü tennisçilər arasında dostluq turniri keçirilib. Adil Səfərov və Rəşad Muradovun xatirəsinə həsr olunan yarışda təcrübəli idmançılar qoşa yarışlarda bacarıqlarını göstəriblər. Maraqlı mübarizənin nəticələrinə əsasən Əli Heydərli ilə Samit Hüseynov turnirin baş mükafatına layiq görülüb. Firudin Hüseynov – Yaşar Mövlanov tandemi ikinci, Teymur Hüseynovla Aleksandr Prosolov isə üçüncü yeri tutub.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=245#sigFreeIda22c85bc78

Stolüstü tennisçilərimiz Sloveniyaya yollanıblar

14.06.57
Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında iştirak edəcəklər. İstedadlı idmançıların seçim xarakterli final toplanışında milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərəcək. Sloveniya sınaqlarında etimadı doğruldan idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar. Qeyd edək ki, sabah start veriləcək toplanışa oktyabrın 23-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Çexiyada gümüş medal qazanıb


Cexiyanın Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlandırılan təlim-məşq toplanışı və turnirə bu gün yekun vurulub. 9 – 15 oktyabr tarixlərində keçirilən toplanışda 15 və 17 yaşadək idmançılar bacarıqlarını göstəriblər. Xəbər verdiyimiz kimi Çexiya sınaqlarında ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edib. Toplanışdan sonra keçirilən turnirin yalnız final görüşündə uduzan Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsinə qalxıb. Adil Əhmədzadə isə, 7-ci yerlə kifayətlənib. Qeyd edək ki, Havirov şəhərində Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri bir araya gəlmişdilər.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=245#sigFreeId7a03d20d91

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası