Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçimiz beynəlxalq turnirin qalibi olub

2022 09 24 4
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turniri başa çatmaq üzrədir.
Yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına layiq görülüb.
15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı həlledici görüşə çıxacaq.
Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatını qazanıb

2022 09 24 2
Stolüstü tennisçimiz Aylin Əsgərova Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələrin “WTT YOUTH CONTENDER TBILISI” turnirində etimadı doğruldub. 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/2 finala yazdırıb. Finala çıxış uğrunda görüşdə isə Honkonq idmançısına uduzan Aylin Əsgərova turniri 3-cü pillədə başa vurub.
Daha iki tennisçimiz Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli də mükafatlar uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, oğlanların mübarizəsində Adil Əhmədzadə ilə Onur Quluzadə 3-cü yeri tutub.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə uğurla çıxış edirlər

2022 09 24 1
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir.
Bu gün 11 yaşadək tennisçilərin yarışında qüvvəsini sınayan Yağmur Məmmədlinin startı uğurlu alınıb. Keçirdiyi iki qarşılaşmadan qalib ayrılan tennisçi sabah mükafatlar uğrunda görüşlərdə etimadı doğrultmağa çalışacaq.
Bu gün 15 yaşadək idmançıların turnirinə qatılan Mərziyyə Nurmətova da qrup mərhələsini inamla adlayaraq 1/16 finala vəsiqə qazanıb. O, sabah mübarizəni davam etdirəcək.
Qeyd edək ki, sözügedən yarışda 18 ölkənin idmançıları bacarıqlarını göstərirlər.

Stolüstü tennisçimiz yarımfinalda

Stolüstü tennisçimiz Aylin Əsgərova Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələrin “WTT YOUTH CONTENDER TBILISI” turnirində uğurla çıxış edir. Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/2 finala yazdırıb. O, sabah finala çıxış uğrunda Honkonq idmançısı ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova ¼ finalda mübarizəni dayandırıb.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirin ¼ finalında

2022 09 23

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə stolüstü tennisçilərin “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir.Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Arzu Aslanova ilə Aylin Əsgərova mükafatlara doğru inamla irəliləyir. Arzu Aslanova qrup mərhələsində iranlı və özbəkistanlı rəqibləri üzərində qələbələrlə 1/8 finala adlayıb. Bu mərhələdə Gürcüstan idmançısını da yolundan kənarlaşdıran Aslanova ¼ finala yüksəlib.Eyni yaş qrupundakı digər təmsilçimiz Aylin Əsgərova ilkin mərhələdə İran və Qazaxıstan tennisçilərinə qalib gəlib. Ardınca daha bir qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/4 finala yazdırıb.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası