Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilər İslamiadada mübarizəyə uğurla başladılar

Stolüstü tennisçimiz Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb.

O, kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib.
Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq. Digər idmançımız Adil Əhmədzadə isə, rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.
Qeyd edək ki, bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=270#sigFreeIdb84c8aede7

Stolüstü tennisçilər Konyaya yollanıblar.

2022 08 05

Stolüstü tennisçilərimiz bu gün İslam Həmrəyliyi Oyunlarının ev sahibi olan Konya şəhərinə yola düşüblər. Türkiyəyə yollanan heyətdə baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə İslamiadanın görüşlərini idarə edəcək.
Stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.

MOK-un yubileyinə həsr olunan stolüstü tennis turniri keçirili

2022 08 03

Bu gün Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan stolüstü tennis turniri keçirilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda Azərbaycanın ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər. Milli komandanın üzvlərinin qatıldığı yarışın açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və Milli Olimpiya Komitəsinin əməkdaşı İntiqam Səfərov MOK-un Azərbaycan idmanının inkişafındakı rolundan söz açıb, qurumun səmərəli fəaliyyətinin yeni uğurlara zəmin yaratdığını vurğulayıb.

Yubiley turniri eyni zamanda İslamiada ərəfəsində qüvvələrə son baxış xarakteri daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən kişilərin turnirində Emin Məmmədov qalib gəlib. Vəzir Allahverdiyev 2-ci, Adil Əhmədzadə 3-cü yeri tutub.
Qadınların mübarizəsi Ləman Abdulhəmidovanın qələbəsi ilə yekunlaşıb. Arzu Aslanova fəxri kürsünün 2-ci, Mərziyyə Nurmətova 3-cü pilləsinə qalxıb.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının və Milli Olimpiya Komitəsinin mükafatları təqdim olunub.

Stolüstü tennisçilər Islamiadaya hazırlaşırla

Stolüstü tennisçilər Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirirlər. Seçmə komanda bu məqsədlə Qax Olimpiya İdman Kompleksində bir araya gəlib. Bu gün başlanan növbəti təlim-məşq toplanışında baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında 10 idmançı iştirak edir. Söhbət Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, İbrahim Ansari, Əliverdi Şahgəldiyev, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətovadan gedir. İdmançılar iyulun 31-nədək davam edəcək toplanışda fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar.

Qeyd edək ki, stolüstü tennisçilərin İslam Həmrəyliyi Olyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=270#sigFreeId86bc48efe8

Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar

Bu gün Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatına start verilib. Yarışın ilk günündə oğlanlardan ibarət Azərbaycan seçməsi Sloveniya kollektivi üzərində 3-1 hesabı ilə qələbə qazanıb. Komandamız sabah Avstriya millisi ilə üz-üzə gələcək.

İlk oyunda Yunanıstan seçməsinə 1-3 hesabı ilə uduzan qızlardan ibarət milli isə, ardınca Monteneqro komandasına qalib gəlib - 3:0. Qrup mərhələsində növbəti rəqib İsveç kollektivi olacaq.

Xəbər verdiyimiz kimi, mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcək. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa birinciliyində ölkəmizi təmsil edir. Yarışa iyulun 16-da yekun vurulacaq.

View the embedded image gallery online at:
https://mail.astf.az/index.php/az/?start=270#sigFreeIdd5e9ac0d48

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası