Zəfər gününə həsr olunan stolüstü tennis yarışı başa çatıb


Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə keçirilən respublika turnirinə yekun vurulub. Zəfər gününə həsr olunan yarışa Bakı, Sumqayıt, Şəki və Şabran idmançıları qatılıblar. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunan yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı iştirakçılar arasında keçirilib. İki gün davam edən yarışın nəticələrinə əsasən oğlanlarların turnirində mükafatlara Şabran təmsilçiləri layiq görülüblər. Vaqif Babayev birinci, Zərbah Muradov ikinci, Həsrət Kamilovla Yasin Zeyni üçüncü yeri tutub. Final görüşündə Rüqəyya Qasımzadəni (Sumqayıt) məğlub edən Xədicə Babazadə (Şəki) qızlar arasında baş mükafata sahib çıxıb. Peykər Vəlizadə (Sumqayıt) ilə Sofiya Trofimenko (Sumqayıt) üçüncü yerdə qərarlaşıb. Turnirin mükafatçılarına Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.

Lənkəranda stolüstü tennis yarışı keçirilib


Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “BEAKTİVE” Avropa İdman Həftəsi layihəsi çərçivəsində stolüstü tennis yarışı keçirilib. Turnirə Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, İmişli və Beyləqandan ümumilikdə 70-ə yaxın iştirakçı qatılıb. Maraqlı mübarizənin nəticələrinə əsasən qadınlardan Güllü Qafarova (Salyan) baş mükafata layiq görülüb. Fatimə Ələkbərova (Salyan) ikinci, Azərin Qafarova (Salyan) üçüncü yeri tutub. Kişilərin mübarizəsindən İlkin Abdulov (Şirvan) qalib ayrılıb. Mehman Səmədov (Salyan) gümüş, Elnur Yahyayev (Salyan) bürünc medal qazanıb. Fərqlənən idmançılara, həmçinin fəal iştiraklarına görə paralimpiyaçılar Vüsal Sadıqovla Mədinə Nəhmətovaya AGİN-in və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub. Qeyd edək ki, yarışın təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin təmin olunmasıdır.

Zəfər gününə həsr olunan stolüstü tennis yarışı keçiriləcək

 2022 10 26
Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə respublika turniri keçiriləcək. Zəfər gününə həsr olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar qüvvələrini sınayacaqlar. 28-29 oktyabr tarixlərində Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunacaq yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı idmançılar arasında keçiriləcək. Turnirin qalibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
 

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

 2022 10 25 2

Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında uğurla çıxış ediblər.
İstedadlı idmançıların seçim xarakterli toplanışlarının final mərhələsində milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərib.
Sloveniya sınaqlarında da etimadı doğruldan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.

Veteran stolüstü tennisçilər yenidən yarış meydanında


Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkilatçılığı ilə “Xəzri” İdman Klubunda veteran stolüstü tennisçilər arasında dostluq turniri keçirilib. Adil Səfərov və Rəşad Muradovun xatirəsinə həsr olunan yarışda təcrübəli idmançılar qoşa yarışlarda bacarıqlarını göstəriblər. Maraqlı mübarizənin nəticələrinə əsasən Əli Heydərli ilə Samit Hüseynov turnirin baş mükafatına layiq görülüb. Firudin Hüseynov – Yaşar Mövlanov tandemi ikinci, Teymur Hüseynovla Aleksandr Prosolov isə üçüncü yeri tutub.

Stolüstü tennisçilərimiz Sloveniyaya yollanıblar

14.06.57
Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında iştirak edəcəklər. İstedadlı idmançıların seçim xarakterli final toplanışında milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərəcək. Sloveniya sınaqlarında etimadı doğruldan idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar. Qeyd edək ki, sabah start veriləcək toplanışa oktyabrın 23-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Çexiyada gümüş medal qazanıb


Cexiyanın Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlandırılan təlim-məşq toplanışı və turnirə bu gün yekun vurulub. 9 – 15 oktyabr tarixlərində keçirilən toplanışda 15 və 17 yaşadək idmançılar bacarıqlarını göstəriblər. Xəbər verdiyimiz kimi Çexiya sınaqlarında ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edib. Toplanışdan sonra keçirilən turnirin yalnız final görüşündə uduzan Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsinə qalxıb. Adil Əhmədzadə isə, 7-ci yerlə kifayətlənib. Qeyd edək ki, Havirov şəhərində Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri bir araya gəlmişdilər.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər

79 70 8088

Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq yarışda ölkəmizi təmsil edəcək. Söhbət Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turnirindən gedir. Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova bacarığını göstərəcək. Oktyabrın 15-də start veriləcək beynəlxalq turnirə oktyabrın 17-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası