Stolüstü tennisçilərimiz dünya reytinqinə başçılıq edirlər


Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq – qoşa növdə dünya birincisidirlər. Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıqladığı yeni siyahıya 30 xalla Azərbaycan idmançıları başçılıq edirlər. Onlar ən yaxın izləyiciləri olan Sinqapur təmsilçilərini 5 xal qabaqlayırlar. İlk üçlüyü 21 xalla Livan idmançıları qapayırlar. Qeyd edək ki, reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə son olaraq mart ayında Türkiyənin Antalya şəhərində keçirilən "WTT YOUTH CONTENDER" yarışının qarışıq-qoşa turnirində bürünc mükafata layiq görülmüşdü.

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar


Yeniyetmə stolüstü tennisçilər Şakir Qədirovla Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıb. İdmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər. Təlim-məşq toplanışının nəticələrinə əsasən fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar. Və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.

2023 04 03

Stolüstü tennisçilərimizdən daha bir medal


Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Türkiyənin Antalya şəhərində təşkil etdiyi "WTT YOUTH CONTENDER" yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.
1/8 finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca türkiyəli Elif Akyürek – Ahmed Gülenler tandemini də mübarizədən kənarlaşdırıblar.
Yarımfinalda Görkem Ocal – Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Xatırladaq ki, yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş, Mərziyyə Nurmətova isə bürünc mükafatını qazanıb.
20 ölkənin idmançılarının qatıldığı turnirə martın 25-də yekun vurulacaq.

Mərziyyə Nurmətova beynəlxalq turnirin mükafatını qazandı


Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatına layiq görülüb. Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsində Almaniya və Türkiyə idmançılarını üstələyən Nurmətova 1/8 finalda türkiyəli rəqibini, ardınca komanda yoldaşı Aylin Əsgərovanı mübarizədən kənarlaşdırsa da, yarımfinalda Çin Taypeyi idmançısına uduzaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, seçmə komandamızın digər üzvü Yağmur Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.
Sabah Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komandamız mübarizəyə qatılacaq.

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçıları sırasında


Stolüstü tennisçimiz Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatını qazanıb. Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı ¼ finalda Duru Krbacı, ½ finalda Gülce Dönməzi mübarizədən kənarlaşdırıb. Finalda isə Nil Basarana 2-3 hesabı ilə uduzan Yağmur turnirin gümüş mükafatına layiq görülüb.

Seçmə komandamız Türkiyəyə yollanıb

 2023 03 18

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq. Antalyada təşkil olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək. Martın 19-dan 22-dək qızlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.
Oğlanlardan ibarət komanda isə Antalya sınaqlarına martın 22-də qatılacaq. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, beynəlxlaq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları ilə bir arada


Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli “Eurotalents Development Camp U-13” təlim-məşq toplanışı və turnirində iştirak etmək üçün Rumıniyanın Buxarest şəhərinə yola düşüb. Onlar seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə martın 12-dən 19-dək keçiriləcək toplanışda bacarıqlarını artıracaqlar. Buxarest topanışına Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Avstriya, Rumıniya, Bolqarıstan və Ukrayna təmsilçiləri qatılıblar. Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli ötən il Çexiya, Macarstan və Sloveniyada təşkil olunan seçim turlarındakı nəticələrə əsasən qitənin ən istedadlı idmançıları sırasında yer alıb. Hər iki stolüstü tennisçimiz cari ildə daha 3 analoji toplanışda iştirak etmək hüququ qazanıb.

Stolüstü tennisçimiz nüfuzlu turnirin mükafatını qazanıb


Stolüstü tennisçimiz Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023" turnirində uğurla çıxış edib. Qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb. Finalın bir addımlığında İtaliya idmançısına uduzan Adil nüfuzlu beynəlxalq turnirin bürünc mükafatına layiq görülüb. Bu yaş qrupunda ümumilikdə 61 idmançı mübarizə aparıb ki, bu da kifayət qədər ciddi rəqabətdən xəbər verir.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası