Bədən tərbiyəsi və idman günü”nə həsr olunan stolüstü tennis turniri başa çatıb
- Nəşr edilib 28.02.2023 16:18
https://mail.astf.az/index.php/az/news?start=264#sigFreeIdb72cb3214a
Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis turnirinə start verilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 44 qurumdan 104 kişi, 42 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə bacarığını göstərir. Gənclər və idman nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirin keçirilməsində əsas məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi və bu idman növünün populyarlığının artırılmasıdır.
Sabah yekun vurulacaq yarışın qalibləri təşkilatçılar tərəfindən diplom, medal və mükafatlarla təltif olunacaqlar.
https://mail.astf.az/index.php/az/news?start=264#sigFreeId8986492499

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Fevralın 25-dən martın 3-dək Portuqaliyanın Vila Real şəhərində təşkil olunacaq "WTT Youth Contender Vila Real 2023" yarışına iki idmançımız qatılacaq. Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Portuqaliya sınaqlarında Mərziyyə Nurmətova və Adil Əhmədzadə bacarığını göstərəcək.
Qeyd edək ki, 25-27 fevral tarixlərində qızlar şəxsi turnirdə qalibi müəyyənləşdirəcəklər. Fevralın 28-də idmançılar qarışıq - qoşa yarışlarda qüvvələrini sınayacaqlar.
Martın 1-dən 3-dək isə oğlanlar şəxsi yarışlarda mübarizə aparacaqlar.

Istedadlı stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılacaq. O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşaiyəti ilə bu dəfə Avstriyanın Lints şəhərinə yollanıb. Quluzadə fevralın 11-dən 19-dək sözügedən ölkənin U-13 seçmə komandası ilə birgə məşq edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır. Səfərin məqsədi uğurlu gələcək vəd edən idmançının ustalıq səviyyəsinin artırılmasıdır.
Qeyd edək ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Quluzadə müntəzəm olaraq, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.
Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent cup" turnirində uğurla çıxış ediblər. Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan seçmə komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar. Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb. Beləliklə, stolüstü tennisçilərimiz ilə uğurlu nəticə ilə start veriblər.
https://mail.astf.az/index.php/az/news?start=264#sigFreeId17086af5ab

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Söhbət Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq "Shimkent cup" turnirindən gedir. Yanvarın 26-da start veriləcək yarışda böyüklərlə yanaşı yeniyetmə idmançılar da bacarıqlarını göstərəcəklər. Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Qazaxıstana 8 idmançı yollanıb. Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad
Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova etimadı doğrultmağa çalışacaq. Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.
Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq. İstedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər. Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin analoji təlimlərinə qatılır.
https://mail.astf.az/index.php/az/news?start=264#sigFreeId39d99c17ea

Bu gün 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Təcrübəli stolüstü tennisçi Bilurə Eminovaya da bu sevincdən pay düşüb. Dəfələrlə Azərbaycan çempionu adını qazanan idman ustasına mənzil hədiyyə olunub. Əməyi keçən hər kəsə minnətdarlığını bildirən Bilurə Eminova hisslərini bu ifadələrlə bölüşüb: “Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İllərini idmana həsr eləmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi. Bu cür diqqət və qayğı bizi daha böyük həvəslə fəaliyyət göstərməyə ruhlandırır. Bundan sonra da idmanımızın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası