Stolüstü tennisçilərimiz mükafatlandırılıb

 

Azərbaycan Stolüstü Tennis Federasiyasında Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində keçirilən “Europe youth series” turnirinin mükafatçıları ilə görüş keçirilib.
ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova Osiyek sınaqlarında inamlı çıxış edən idmançılar - Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov, həmçinin milli komandanın məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə, şəxsi məşqçilər Səbinə Əzizli və Zakir Cavadovu təbrik edərək onlara gələcək yarışlarda da uğurlar arzulayıb. Seçmə komandanın üzvlərinə və məşqçilərə ASTF tərəfindən mükafatlar təqdim olunub. Xatırladaq ki, U-13 seçməmiz sözügedən yarışda ikinci, Onur Quluzadə şəxsi turnirdə, Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub.

Stolüstü tennisçilərimiz Xorvatiyada 4 medal qazanıblar


Stolüstü tennisçilərimiz Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin son günündə daha 3 medal qazanıblar. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2-3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb. Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub. Xatıradaq ki, yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxmışdı.

Yeniyetmə stolüstü tennisçilərin ölkə turniri keçirilib


Yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN stolüstü tennis klubu”nda təşkil olunan yarışda 2014-cü il təvəllüdlü və daha az yaşlı idmançılar şəxsi xarakterli mübarizədə bacarıqlarını göstəriblər. Nəticələrə əsasən oğlanların yarışı Həzrət Kamilovun (Şabran) qələbəsi ilə başa çatıb, Yunis Babayev (Şabran) ikinci, Əliəkbər Mirzəliyelə (Bakı) Saleh Hümbətov (Sumqayıt) üçüncü yeri tutub.
Qızların turnirində mükafatlara Sumqayıt idmançıları layiq görülüblər. Mehri Aslanzadə qızıl, Alina Miradiyeva gümüş, Sofiya İlyasova ilə Fərəh Hidayətzadə bürünc medal qazanıb.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.
Qeyd edək ki, turnir stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi ilə keçirilib.

Yeniyetmələrin ölkə turniri keçiriləcək

 

Aprelin 29-da yeniyetmə stolüstü tennisçilər arasında ölkə turniri keçiriləcək. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN stolüstü tennis klubu”nda təşkil olunacaq yarışda 2014-cü il təvəllüdlü və daha az yaşlı idmançılar şəxsi xarakterli mübarizədə bacarıqlarını göstərəcəklər. Turnirin keçirilməsində məqsəd stolüstü tennisin kütləviliyini artırmaq, perspektivli idmançıları üzə çıxarmaqdır. Yarışın qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Stolüstü tennisçilərimiz finalda

271
Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində finala yüksəlib. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız ¼ finalda Sloveniya millisini 5-1, yarımfinalda isə ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyərək həlledici mərhələyə adlayıb. Komandamızın finaldakı rəqibi Çexiya seçməsi olacaq. Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.

Seçmə komandamız yarımfinala yüksəlib

 

Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində uğurla çıxış edir. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız ¼ finalda Sloveniya millisini də 5-1 hesabı ilə məğlub edib. Stolüstü tennisçilərimiz finala gedən yolda ev sahibinin digər kollektivi ilə üz-üzə gələcəklər. Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.

Stolüstü tennisçilər Xorvatiyaya yollanıblar

2023 04 25

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Söhbət Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirindən gedir.
Aprelin 26-dan 30-dək Xorvatiyanın Osiyek şəhərində keçiriləcək yarışda 4 idmançımız bacarığını göstərəcək. Məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov Xorvatiyaya yola düşüb. İdmançılarımız Osiyek sınaqlarında həm şəxsi, həm komanda, həm də qoşa turnirdə mübarizə aparacaqlar.

Stolüstü tennisçilərin Podqoritsa sınağı

 

Stolüstü tennisçilərimiz daha bir beynəlxlaq yarışda iştirak edəcəklər. Söhbət Monteneqronun Podqoritsa şəhərində təşkil olunan “WTT youth star contender” turnirindən gedir. 30-a yaxın ölkə idmançılarının qatılacağı Podqoritsa sınaqlarında seçmə komandamızın iki üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə etimadı doğrultmağa çalışacaq. Turnirin reqlamentinə əsasən aprelin 11-i və 12-də qızlar, 14-ü və 15-də oğlanlar mübarizə aparacaqlar. 13 aprel tarixində isə, qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək.
Qeyd edək ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilən anoloji yarışda bürünc medala layiq görülüb.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası